Qusarda saat 13:00 radələrində avtomobil qəzası qeydə alınıb. Bu barədə ShimalNews 13 may tarixində məlumat verir.

Hadisə mərkəzi xəstəxananın qarşısında baş verib. Boz və bənövşəyi rəngli “VAZ-2107” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.