Qubada iribuynuzlu heyvan xəsarətlə nəticələnən qəzaya səbəb olub. Bu barədə ShimalNews 13 may tarixində “Report”a istinadən məlumat verir.
“Niva” markalı avtomobil Zərqova kəndində qarşısına çıxan iribuynuzlu heyvanı vurub. Nəticədə Şabran rayon sakinləri – 66 yaşlı Qədir Gəncəliyev və onun oğlu 29 yaşlı Məmməd Gəncəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.