Qubada 2 avtomobilin toqquşması nəticəsində biri yanıb. Bu barədə ShimalNews 13 may tarixində məlumat verir.

Hadisə Qamqam kəndində baş verib. “Baic” və “VAZ” markalı minik avtomobilləri toqquşub. Nəticədə sonuncu yanıb.
Əraziyə FHN-in bölmələri cəlb edilib. Alov söndürülüb.
Şahidlər bildirirlər ki, xəsarət alanlar var.