Qazaxıstanda keçirilən “Ölkəni tanıt” elmi beynəlxalq müsabiqəsində ilk beşlikdə yer tutan İsmayıllıdan olan gənclə görüş keçirilib. Bu barədə ShimalNews 13 may tarixində RİH-yə istinadən məlumat verir.

İsmayıllının icra başçısı Nahid Bağırov müsabiqədə IV yerə layiq görülmüş Emil Agamirzəyevi təbrik edib. Ona bu uğuru qazanmaqda kömək edən şəxslərlə görüşüb.

Emil Talıstan kənd tam orta məktəbinin VIII sinif şagirdidir. O, 64 ölkə arasında keçirilən yarışda 90 baldan 84 bal toplayaraq ölkəmizi layiqincə təmsil edib.