İsmayıllıda piyadanın iştirakı ilə daha bir qəza baş verib. Bu haqda ShimalNews 13 may tarixində Report-a istinadən məlumat verir.

Mayın 12-si axşam saatlarında şəhər ərazisində yüksək sürətlə hərəkət edən naməlum avtomobil Mətanət Səmədovanı vurub. Qəzanı törədən şəxs hadisə yerindən qaçıb.

36 yaşlı qadın İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.