İsmayıllıda təhsil ocağı və işəgötürən müəssisələr arasında “Əməkdaşlıq Memorandumu” qəbul olunub. Bu haqda ShimalNews 13 may tarixində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə (DPTM) istinadən məlumat verir.
Memorandum İsmayıllı DPTM, “Basqal-Resort&Spa” Hotel və Mingəçevir Turizm Kolleci tərəfindən imzalanıb. Sazişin imzalanması əməkdaşlıq münasibətlərini təmin etməklə gənclərin yerli və beynəlxalq proqramlara, təlimlərə, layihələrə və müvafiq tədbirlərə cəlb edilməsini, könüllülük sahəsində əməkdaşlıq çərçivəsində əlaqələrin gücləndirilməsini özündə ehtiva edir.