İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilib. Bu haqda 13 may tarixində ShimalNews mərkəzə istinadən məlumat verir.
Müxtəlif təşkilatların nümayəndələri, orta məktəb şagirdləri və onların valideynlərinə mərkəzdə qəbul aparılan müvafiq yeni ixtisaslar və xidmətlər, tələbə qəbulu qaydaları haqqında məlumat verilib. Daha sonra emalatxanalara səfər təşkil edilib, tələbələr tərəfindən hazırlanan məhsullara baxış keçirilib, həmçinin müvafiq ixtisaslarda masterklaslar baş tutub.