İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsinə start verilib. Bu haqda 13 may tarixində ShimalNews məlumat verir.
Müsabiqədə həvəskar qiraətçilər tərəfindən ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib. Münsiflər heyətinin qərarı ilə müsabiqənin 2-ci mərhələsi may ayının 15-nə təyin olunub.
Tədbir İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.