İsmayıllıda baş verən qəza nəticəsində piyada xəsarət alıb. Bu haqda ShimalNews 13 may tarixində Report-a istinadən məlumat verir.
15 yaşlı Nurlan İslamov yolu keçən zaman “Lada Priora” markalı avtomobil tərəfindən vurulub. Yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktlarla bağlı araşdırma aparılır.