“Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Rusiya Federasiyası istiqamətinə qanunsuz keçmək istəyən əcnəbi vətəndaş saxlanılıb. Bu barədə ShimalNews 12 may tarixində Dövlət Sərhəd Xidmətinə istinadən məlumat verir.
Məlum olub ki, saxlanılan şəxs Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı, 26 yaşlı Merrouche Ebdelouahabdır.
Əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.