Xaçmazdan olan Vətən müharibəsi qazisi Zeynal Məmmədovun oğlu dünyaya gəlib. Bu barədə ShimalNews 12 may tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Körpə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində anadan olub. 44 günlük tarixi qələbəmizin şərəfinə onun adını Zəfər qoyublar.

Zeynal Məmmədov Daxili Qoşunların çavuşu kimi Qubadlı-Şuşa istiqamətində gedən intensiv döyüşlərdə iştirak edib.