Xaçmaz rayon rəhbərliyi Qaracik Zeyid kəndində sakinlərlə görüşüb. Bu barədə ShimalNews 12 may tarixində RİH-yə istinadən məlumat verir.
Tədbirdə icra başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri iştirak ediblər. Onlar Qaracik Zeyid kəndi ilə yanaşı, Aşağı Zeyid, Çılğır, Qaraçaycek, Alıcqışlaq, Qaracik, Qədmalıqışlaq və Şıxhaput kəndlərinin sakinlərinin müraciətlərini dinləyiblər.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, suvarma suyu ilə təchizat, mədəniyyət evinin təmiri və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Elnur Rzayev əhalini narahat edən problemlərin həlli üçün müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər yerindəcə həll edilib.