Şirvanlı Gömrük Postunun keçmiş əməkdaşının rüşvət alması haqda detalları məlum olub. Bu barədə ShimalNews 12 may tarixində “Report”a istinadən məlumat verir.
Məlumata görə, Cavid Məmmədovun barəsində istintaq materiallarında qeyd olunub ki, o, dəfələrlə vətəndaşlardan pul müqabilində sərhəddən qanunsuz maddi vəsait keçirməyə köməklik göstərib.
Təqsirləndirilən Rusiyaya 11.500 ABŞ dollarını keçirmək üçün İlham Əsgərovdan bir dəfə 600 manat pul alıb. Növbəti səfərdə isə eyni məbləğ üçün 400 manat rüşvət alıb.
Eləcə də gömrük nəzarət postuna daxil olam avtomobilin yoxlama prosedurlarını sürətli icra etmək üçün Rəfail Şəriflidən 40 manat məbləğində pul alaraq, onu buraxıb.
Daha öncə, Cavid Məmmədova cinayət işi açıldığı haqda məlumat vermişdik.