Qubanın icra başçısı Ziyəddin Əliyev inzibati ərazi dairəsi üzrə sakinlərlə görüşüb. Bu barədə ShimalNews 12 may tarixində RİH-yə istinadən məlumat verir.

Görüşdə rayon prokuroru, rayon Polis şöbəsi rəisinin müavini, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Burada vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə icra başçısı aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.