Xaçmaz rayon sakini Qubada narkotik satışı ilə məşğul olub. Bu barədə ShimalNews 12 may tarixində DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə Xanlar Ağayev adlı şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.