Şamaxı rayon sakini Qubada narkotiklə saxlanılıb. Bu barədə ShimalNews 12 may tarixində DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə Şahin Rüstəmov adlı şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.