Quba şəhərində yanğın hadisəsi baş verib. Bu haqda 12 may tarixində ShimalNews Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Alov 20 kv.m sahəsi olan köməkçi tikilini bürüyüb. Nəticədə ərazinin yanar konstruksiyaları yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yaxınlıqdakı tikililəri yanğından mühafizə ediblər.