Qubada fəaliyyət göstərən gözəllik salonlarında İnsanın İmmun Çatışmazlığı Virusu (İİV) ilə bağlı müayinələr aparılıb. Bu haqda 12 may tarixində ShimalNews Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinə istinadən məlumat verir.
Yoxlamaları keçirməkdə məqsəd İİV-nin ölkəmizdə yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri erkən aşkarlamaqdır. Aksiya çərçivəsində həkimlər estetik xidmətdən yararlananlara İİV/QİÇS-ə yoluxma yolları, onun ödənişsiz, anonim qaydada müayinəsi və müalicəsi barədə məlumat verib, maarifləndirici broşurlar, bukletlər paylayıblar.
Tədbiri QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Quba Regional Laboratoriyasının əməkdaşları təşkil ediblər.