Quba şəhərinin Fizika, riyaziyyat və informatika təmayüllü liseyi şagird qəbuluna start verir. Bu haqda 12 may tarixində ShimalNews Elm və Təhsil Nazirliyinə istinadən məlumat verir.
Mayın 12-dən 2023-2024-cü tədris ili üzrə adıçəkilən təhsil ocağına ərizə qəbuluna başlanılır. Sənəd qəbulu prosesi 6 iyun tarixinədək https://sy.edu.az portalı üzərindən həyata keçiriləcək.
İmtahan zamanı şagirdlərə tədris dili və riyaziyyat fənləri üzrə tapşırıqlar təqdim ediləcək. Liseyə siniflər üzrə şagird qəbulu aşağıdakı tarixlərdə aparılacaq:
• 16 iyun 2023-cü il tarixində VII və VIII siniflərə qəbul (hazırda VI və VII sinifdə təhsil alanlar üçün);
• 17 iyun 2023-cü il tarixində VI siniflərə qəbul (hazırda V sinifdə təhsil alanlar üçün);
• 18 iyun 2023-cü il tarixində V siniflərə qəbul (hazırda IV sinifdə təhsil alanlar üçün).
Quba FRİTL dövlət hesabına yataqxana və yeməkxana ilə təmin olunan liseydir.