İyun ayının istirahət günlərinin sayı bəlli olub. Bu haqda 12 may tarixində ShimalNews məlumat verir.
Azərbaycan xalqının Milli Qurtuluş Günü iyunun 15-i, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü iyunun 26-sı, Qurban bayramı isə iyunun 28-i və 29-u qeyd ediləcək. Adıçəkilən bayramlar münasibətilə 4 gün qeyri-iş günü olacaq.
Ümumilikdə gələn ay 12 qeyri-iş günü olacaq.