İsmayıllıda bıçaqlanma hadisəsi baş verib. Bu barədə ShimalNews 12 may tarixində məlumat verir.Basqal qəsəbə sakini Əhmədyar Məhərrəmov mübahisə zamanı 48 yaşlı Ceyhun Əliyevə bıçaqla xəsarət yetirib və hadisə yerindən yayınıb. Xəsarət alan xəstəxanaya müraciət edib.

Məlum olub ki, Ceyhun Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinidir. O, uzun illər Əhmədyarla dostluq edib və İsmayıllıya istirahətə gəlibmiş.

Polis şöbəsində araşdırmalara başlanılıb və müvafiq ekspertiza təyin olunub. Ə.Məhərrəmovun saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.