İsmayıllı şəhərində əmək yarmarkası təşkil ediləcək. Bu barədə ShimalNews 12 may tarixində Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat verir.

Tədbirdə 24 işəgötürən tərəfindən 200-dən artıq boş iş yerinin təqdim olunması nəzərdə tutulub. Onlar yarmarkaya gələn zaman şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Ünvan: İsmayıllı şəhəri, Əbdülhəsən Ələkbərzadə küçəsi, 34 (İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi)

Tarix: 16 may saat 10:00 – 13:00.

Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Əgər tərcümeyi-hal yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlanmaq olar.