İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı sakinlərlə növbəti dəfə görüşüb. Bu haqda 12 may tarixində ShimalNews quruma istinadən məlumat verir.

Budəfəki səyyar qəbul Göytəpə kəndində keçirilib. Nahid Bağırov vətəndaşların təkliflərini, istəklərini dinləyib, onları narahat edən problemləri məsul şəxslərin iştirakı ilə araşdırıb.

Səsləndirilən bir çox müraciətlər yerində həll olunub, icrası zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.