Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş keçiriblər. Bu haqda ShimalNews 12 may tarixində nazirliyə istinadən məlumat verir.

Tədbir Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilib. FHN-in əməkdaşları Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan “Heydər zirvəsi”ni fəth ediblər.

Yürüş iştirakçıları sərt iqlim şəraitində mürəkkəb relyefə malik olan dağlıq ərazini fəth edərək zirvəyə qalxıb, orada Dövlət Bayrağı ilə bərabər, Fövqəladə Hallar Nazirliyinin bayrağını zirvədə dalğalandırıblar.