Quba rayonunda qanunsuz narkotik qəbul edən şəxs tutulub. Bu barədə ShimalNews 12 may tarixində DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə 2-ci Nügədi kənd sakini Tural Süleymanov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.