Quba regional “ASAN xidmət” mərkəzinin komandası minifutbol turnirinin qalibi olub. Bu haqda 12 may tarixində ShimalNews ASAN Radio-ya istinadən məlumat verir.

Heydər Əliyevin 100-cu ildönümü ilə əlaqədar təşkil edilən yarışda “ASAN xidmət” əməkdaşları özlərini sınayıblar. Maraqlı oyunun 1-cisi Dövlət Agentliyinin Quba regional “ASAN xidmət” mərkəzinin yığması olub, 2-ci və 3-cü yerləri isə müvafiq olaraq, Dövlət Agentliyi Aparatının və 3 saylı “ASAN  kommunal”  mərkəzin komandaları tutub.

5 aprel tarixindən start verilən turnirdə ümumilikdə 29 komanda iştirak edib.