Xaçmazda 100 yaşı haqlamış İkinci Dünya müharibəsi veteranı Məhəmməd Məmmədov ziyarət olunub. Bu barədə ShimalNews 9 may tarixində məlumat verir.
İcra başçısı Elnur Rzayev və rayon prokuroru Rəşad Məmmədov Aşağı Zeyid kəndində olublar. Onlar Məhəmməd babanın səhhəti ilə maraqlanıb, ona sağlam həyat arzulayıblar.
Görüş zamanı gənclərin sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğu diqqətə çatdırılıb.
