Qusarda rayon məktəblilərinin rəsmlərindən ibarət sərgiyə baxış keçirilib. Bu haqda 4 may tarixində ShimalNews rayon Gənclər və İdman idarəsinə istinadən məlumat verir.

“Narkomaniyaya yox deyək” adlı sərgi Dövlət Rəsm Qalereyasında təşkil edilib. Tədbirdə çıxış edənlər narkomaniyaya qarşı aparılan mübarizədən,  sağlam gənc nəslin yetişməsində vacib amillərdən danışıblar.

Şagirdlər adı çəkilən mövzuda ümumilikdə 70-ə yaxın əsər təqdim ediblər, lakin onlardan 38-i seçilərək sərgiyə çıxarılıb.

Qusar: 38 şagirdin əsəri Rəsm Qalereyasında sərgilənib
Foto rayon Gənclər və İdman idarəsi