Mərkəzi Qan Bankının Quba bölməsində qanvermə aksiyası keçirilib. Bu barədə ShimalNews 29 aprel tarixində məlumat verir.
Aksiya ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunub. Məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərilməsi olub.
Burada icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri və qazilər, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, habelə rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.