Xaçmaz rayonunda “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin rayon mərhələsi keçirilib. Bu haqda 19 aprel tarixində ShimalNews Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Tədbir Olimpiya Idman Kompleksində təşkil edilib. Yarışda 8-ci və 10-cu sinif şagirdləri iştirak ediblər. Ən yüksək nəticə göstərən şəhər 9 saylı tam orta məktəbin komandası 1-ci yeri tutaraq yarışın qalibi olub. Şəhər 2 saylı tam orta məktəbin komandası 2-ci, Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına məktət- liseyin komandası isə 3-cü yeri tutub.
Qalib komanda oyun üzrə respublika birinciliyinin zona mərhələsində rayonu təmsil etmək hüququ qazanıb.