Qubanın Qrızdəhnə kəndindən olan Bünyad Bünyatov tapılıb. Bu haqda ShimalNews 8 aprel tarixində xəbər verir.
Martın 22-dən Sumqayıtda yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayan kişi dünən axşam saatlarında Siyəzəndə yerləşən fermaların birində tapılıb. Bünyadı aşkarlayan yeznəsi bildirib ki, o tanınmaz vəziyyətdə olub.
İtkin düşən şəxsın danışmağa halı olmayıb. O, polis tərəfindən dindirildikdən sonra evə buraxılacaq.
48 yaşlı kişi 25.000 manatlıq mal-qara satandan sonra itkin düşmüşdür.