Xaçmaz rayonunda yüksək gərginlikli elektrik dirəyi qəzalı vəziyyətdədir. Bu barədə ShimalNews-a 1 aprel tarixində izləyicidən məlumat daxil olub.
Söhbət Pirquluoba kəndindən gedir. Sakinlər dirəyin aşma təhlükəsinin qarşısını almaq məqsədilə kustar üsulla ağac gövdəsindən dayaq hazırlayıblar.
“Dirəyin bu vəziyyətdə olması bizi narahat edir, aidiyyəti qurumlara müraciət etsək də, faydasını hələ də görmürük. Küləkli havada dirək aşsa, çox sayda ailə işıqsız qalacaq”, – deyə sakin bildirib.