Xaçmaz rayonunda yanğın baş verib. Bu haqda 1 aprel tarixində Shimal.news Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə Çılğır kəndində qeydə alınıb. Ümumi sahəsi 98 kv.m olan talvarın taxta atmaları, altına yığılan 15 ton ot bağlaması və 1 ədəd minimotoblok yanıb.
Əraziyə cəlb edilən yanğınsöndürənlər 10 ton ot bağlamasını və yaxınlıqdakı tikililəri alovdan mühafizə ediblər.