Şimal bölgəsində ötən gün başlayan qarlı hava temperaturun kəskin aşağı düşməsi ilə davam edir. Bu barədə ShimalNews 1 aprel tarixində ETSN yanında Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Qudyalçay-Xınalıq məntəqəsində 15 sm qar və – 6.5 dərəcə şaxta, Qrız-Qudyalçay məntəqəsində 13 sm qar və -1.6 dərəcə şaxta qeydə alınıb.
Qeyri-sabit hava şəraiti davam edir.