Quba Soyqırımı Memorial Kompleksini 15.000 nəfərə yaxın insan ziyarət edib. Bu barədə ShimalNews 1 aprel tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Martın 31-i Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Memorial Kompleksdə mərasim keçirilib. Gün ərzində respublikanın müxtəlif bölgələrindən insanlar bura təşrif buyurublar.