Bu gün Qusarda və dünyada tanınmış xalça ustası Zibeydə Şeydayevanın doğum günüdür. Bu haqda ShimalNews 1 aprel tarixində məlumat verir.
Zibeydə xanım Hil kəndində anadan olub. Onun 8 yaşı olanda xalçaçılıq sənətini anasından öyrənib. Beləliklə, 121 illik ömrünün 113 ilini xalça sənətinə həsr edib.
London (İngiltərə), Paris (Fransa), Nyu-York (ABŞ) və Monrealda (Kanada) keçirilmiş ümumdünya sərgilərində qusarlı sənətkarın toxuduğu xalçalar və sumax nümunələri nümayiş etdirilib.
Zibeydə Şeydayeva haqqında daha ətraflı məlumatı saytımızda oxuya bilərsiniz.