Sərnişinlər artıq Bakıdan İsmayıllıya və əks-istiqamətə hərəkət edən avtobuslara da onlayn bilet ala bilərlər. Bu haqda ShimalNews 31 mart tarixində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.
Sərnişinlər “biletim.az” portalına daxil olaraq İsmayıllı, Quba, Qusar, Xudat və daha 30-dan çox istiqamətdə hərəkət edə bilərlər.
Bilet almaq üçün “biletim.az” saytında, eləcə də “App Store” və “Google Play”dən “Biletim” mobil tətbiqini yükləmək mümkündür. Portala daxil olduqda qeydiyyatdan keçmək lazımdır.