Xaçmazda fermerlər üçün aqrar məsləhət saatı keçiriləcək. Bu barədə ShimalNews 29 mart tarixində məlumat verir.

Görüş 31 mart saat 11:00-da Xaçmaz Amerika Mərkəzində baş tutacaq. Məsləhət saatı Xaçmaz KİTDİB-nin sədri Famil Baxışov tərəfindən aparılacaq.

İştirak üçün mərkəzə müraciət etmək lazımdır.

Tədbiri Xaçmaz Amerika Mərkəzi Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi ilə birlikdə təşkil edir.