Xaçmazda “Nə? Harda? Nə zaman?” formatında intellektual yarış keçirilib. Bu haqda 29 mart tarixində Shimal.news “Xaçmaz Gəncləri”nə istinadən xəbər verir.

“Heydər Əliyev İli”nə həsr olunmuş yarış gənc müəllimlər arasında təşkil edilib. Mübarizəyə 9 komanda qatılıb. Yarışın nəticələrinə görə, “İstiqlal” komandası 1-ci yer, “Mübariz” komandası 2-ci yer və “Nida” komandası 3-cü yerin sahibi olub.

Tədbir Xaçmaz RGİİ, Xaçmaz Heydər Əliyev Mərkəzi, GİKM-nin Xaçmaz nümayəndəliyi və Quba-Xaçmaz RTİ-nin Xaçmaz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə həyata keçirilib.