Xaçmazın Qusarçay kənd tam orta məktəbinin təmiri davam edir. Bu barədə ShimalNews 29 mart tarixində Quba-Xaçmaz RTİ-yə istinadən xəbər verir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev görülən işlərin gedişatı ilə tanış olub.

Təmir-tikinti işlərinin yeni dərs ilinədək yekunlaşdırılması nəzərdə tutulub. Layihəyə əsasən, 960 şagird yerlik məktəbdə sinif otaqları, fənn kabinetləri, müəllimlər otağı, kitabxana, kompüter otağı, laboratoriyalar, akt və idman zalı, eləcə də yeməkxana fəaliyyət göstərəcək.

Xaçmaz: 960 şagirdlik məktəbin tikintisi davam edir
Foto Quba-Xaçmaz RTİ