Xaçmazın icra başçısı Elnur Rzayev sakinləri fərdi qaydada qəbul edib. Bu barədə ShimalNews 29 mart tarixində İcra Hakimiyyətinə istinadən məlumat verir.

Görüşdə əvvəlcədən müraciət edən sakinlər iştirak ediblər. Onların müraciətləri məşğulluq, torpaq sahəsinin sənədləşdirilməsi, yeni marşrut xəttinin açılması və  digər sosial müafiə məsələlərini əhatə edib. Qaldırılan məsələlərin bəziləri yerindəcə öz həllini tapıb.

Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.