Xaçmaz və İsmayıllıda ticarət müəssisələrində monitorinqlər həyata keçirilib. Bu barədə ShimalNews 29 mart tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.

Agentlik tərəfindən adıçəkilən rayonların ərazisində qida sahəsində fəaliyyət göstərən müəssisələrdə yoxlamalar nəticəsində qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu aşkar edilib.

Məsuliyyətə cəlb edilmiş müəssisələr aşağıdakılardır:

  1. Xaçmaz rayonu, Xudat şəhərində yerləşən “Bolluq” market
  2. İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən “Adəm” market.