Quba rayonunda təşkil edilən “EduCamp 2023” tələbə düşərgəsi başa çatıb. Bu haqda bu gün, 28 mart tarixində Shimal.news “Bir Könüllü”yə istinadən xəbər verir.

“Tələbələrin İnkişaf və Əməkdaşlıq Platforması” layihəsi çərçivəsində yaradılan düşərgəyə təhsilin idarə edilməsi və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr qatılıblar.

Düşərgə çərçivəsində “Təhsil siyasəti, beynəlxalq tərəfdaşlar, tədqiqatlar”,  “Beynəlxalq şagird qiymətləndirmə tədqiqatları (PİRLS, PİSA, TİMSS, ICILS) nəyi və necə ölçür?” mövzularında informativ məlumat sessiyaları, “Təhsildə regional idarəetmə” mövzusunda isə təlim sessiyası keçirilib.  İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“EduCamp 2023” düşərgəsi Elm və Təhsil Nazirliyinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İB-nin təşkilatçılığı ilə həyata keçirilir.