Xaçmazın mərkəzində yerləşən bir neçə küçə 10 ilə yaxındır qazla təmin edilmir. Bu barədə ShimalNews 27 mart tarixində Xəzər TV-yə istinadən xəbər verir.
Söhbət 61-ci kvartal və L.Kələntərli küçəsindən gedir. Qaz xətti sadalanan ünvanların düz yanından keçir. Sakinlər deyirlər ki, müraciət etmədikləri qrum qalmayıb, ancaq tədbir görən yoxdur.
Məsələ ilə bağlı “Azəriqaz” İB-nin Mətbuat Xidmətinin rəhbəri Eldəniz Vəliyev açıqlama təqdim etdi. O bildirdi ki, regionların qazlaşması prosesi davam edir. Həmin məhəllələrin də qazlaşması diqqətdədir və mərhələli şəkildə həll olunacaq.