Gəndob-Xaçmaz-Yalama avtomobil yolunda toy karvanında qəza baş verib, 4 nəfər xəsarət alıb. Bu barədə ShimalNews 27 mart tarixində Report-a istinadən xəbər verir.

Hadisə Xaçmazın Qusarçay kəndi ərazisində qeydə alınıb. “VAZ-21012” və “SKODA” markalı minik avtomobilləri toqquşub. Nəticədə 38 yaşlı Nazxanım Daşdəmirova, 12 yaşlı Lamiyyə Daşdəmirova, 42 yaşlı Naidə Qasımova və 32 yaşlı Alim Zülfüqarov müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.