Qusarın Avaran kəndi yaxınlığında meşə ağacları kəsilir, ərazi şumlanır. Bu barədə ShimalNews 27 mart tarixində Baku.ws-ə istinadən xəbər verir.
Məlumata görə, ağaclar kəsildikdən sonra ərazi şumlanır ki, ağacların kəsildiyi bilinməsin.
Hadisə ilə bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov açıqlama verib. O bildirib ki, məsələ barədə məlumatlıdırlar. Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır. Nəticələr barədə məlumat veriləcək.