Quba rayonunda qanunsuz yolla istismar edilən kömür quyusu aşkar edilib. Bu haqda bu gün, 27 mart tarixində Shimal.news DİN Mətbuat Xidmətinə istinadən xəbər verir.
Qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Quba RPŞ-nin əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib. Yoxlanış zamanı kömür quyusu aşkar edilib. Bu əməli törədənin rayon sakini Elsevər Qayıbov olduğu müəyyən edilib.
Faktla bağlı protokol tərtib olunub, Elsevər Qayıbov barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.