Quba rayonunda yaşayan şəhid ailələri ziyarət ediliblər. Bu haqda bu gün, 27 mart tarixində Shimal.news Dövlət Əmək Müfəttişliyi Xidmətinə istinadən xəbər verir.

Xidmətin əməkdaşları 44 günlük Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuş Surxay Mehdiyevin Quba şəhərində, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş Taleh Babayevin   Quba rayonunun Yeni Güləzi kəndində yaşayan ailələrinə baş çəkiblər.

Ailələrlə söhbət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Qonaqlar ailələrin sosial vəziyyəti, qayğıları və onları narahat edən məsələlərlə maraqlanıblar.

S.Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad edilməsinə görə”, T.Babayev isə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.