Quba rayonundan seçilmiş millət vəkili İsrail Dövlətində Azərbaycan Respublikasının səfirliyinin açılması mərasimində iştirak edəcək. Bu haqda bu gün, 27 mart tarixində Shimal.news Milli Məclisə istinadən xəbər verir.
Ölkəmizin səfirliyi İsrailin Tel-Əviv şəhərində açılacaq. Mərasimdə Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, qrupun üzvləri: Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov iştirak edəcəklər.
Deputatların səfəri martın 30-da başa çatacaq.