İsmayıllı Olimpiya İdman Kompleksində şəhid Cavidan Bədəlovun xatirəsinə həsr olunmuş kikboksinq idman növü üzrə rayon birirnciliyi keçirilib. Bu barədə ShimalNews 27 mart tarixində Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən xəbər verir.Yarış martın 26-sı Gİİ-nin və İsmayıllı Kikboksinq İdman Klubunun təşkilatçılığı ilə baş tutub. Onun keçirilməsində əsas məqsəd şəhidlərimizin xatirəsini yad etmək, idmanın inkişafı və kütləviliyini təbliğ etməkdir.

Ümumilikdə 60 nəfərə yaxın idmançı gücünü sınayıb. I, II və III yer sahiblərinə təşkilat komitəsinin diplom və medalları təqdim olunub.

Tədbirdə RİH-nin məsul əməkdaşları, rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları, İsmayıllı Kikboksinq İdman Klubunun direktoru və məşqçi müəllimlər, şəhid valideynləri və idmançılar iştirak ediblər.